Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Beşiktaş" (Türkiyə) - "Neftçi" oyununun hakimləri açıqlanıb.
İnfoSport.Az saytı xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Veinberger olacaq. Ona yan xətt hakimləri Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ştefan Ebner yerinə yetirəcək.
"Beşiktaş" - "Neftçi" oyunu avqustun 17-də keçiriləcək. Komandalar arasındakı ilk oyun avqustun 10-da Bakıda olacaq.
"Beşiktaş" - "Neftçi" oyununun hakimləri açıqlanıb.
