Serbiyalı hücumçu Duşan Tadiç “Ayaks”ı azad agent kimi tərk edib.
İnfoSport.Az saytı xəbər verir ki, 34 yaşlı futbolçu “Fənərbaxça”ya keçməyə yaxındır.
O, artıq Türkiyəyə yollanıb. Qarşıdakı saatlarda futbolçu tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.