"Leypsiq" heyətini yeni futbolçu ilə gücləndirib.
İnfoSport.Az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi "Lans"dan Lois Opendanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
"Leypsiq" belçikalı oyunçu üçün 43 milyon avro ödəyib. Bu, klub tarixinin rekord transferidir.
Qeyd edək ki, Openda ötən mövsüm Liqa 1-də 38 oyunda 21 qol vurub.