Çilili yarımmüdafiəçi Arturo Vidal “Flamenqo”dan ayrılıb.
İnfoSport.Az xarici mənbələrə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu yenə karyerasını Braziliyada davam etdirəcək.
O, “Atletiko Paranaense” ilə 6 aylıq müqaviləyə imza atıb.
Vidal 2022-ci ilin yayından “Flamenqo”da forma geyinirdi. O, komandanın heyətində 23 rəsmi oyuna çıxıb və iki məhsuldar ötürmə edib.