Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Mbvana Samatta ilə yollarını ayırıb.
İnfoSport.Az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Tanzaniyalı hücumçunun 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Samattanın Yunanıstan PAOK-una keçəcəyi gözlənilir.
“Fənərbaxça” Samattanı 2020-ci ilin yayında “Aston Villa”dan 6 milyon avroya transfer etmişdi. 31 yaşlı forvard son mövsümü icarə əsasında “Genk”də keçirib.