Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İnfoSport.az xəbər verir ki, İstanbul təmsilçisi "Eyüpspor"dan Umut Nayırı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Umut Nayır son mövsümü icarə əsasında "Ümraniyespor"da keçirib. Türkiyə millisinin üzvü son mövsümdə Superliqada 31 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.