"Mançester Siti" və "Çelsi"nin sabiq qapıçısı Villi Kabalyero məşqçiliyə başlayıb.
İnfoSport.az xəbər verir ki, argentinalı qolkiper "Lester"də çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kabalyero yeni mövsümdən Çempionşipdə çıxış edəcək "Lester"in baş məşqçisi Enzo Mareskinin köməkçilərindən biri olacaq.
Qeyd edək ki, 2021-ci ildən "Southempton"da çıxış edən 41 yaşlı qapıçının klubla müqaviləsi iyunda başa çatıb. O, peşəkar karyserını başa vurduğunu açıqlamayıb. Kabalyero “Çelsi” və “Mançester Siti”dən başqa, İspaniyanın “Malaqa” və “Elçe”, Argentinanın “Boka Xuniors” və “Arsenal” (Sarandi) klublarında da oynayıb.