22 October 2024 SON DƏQİQƏ
UEFA Avropa Konfrans Liqasında da pley-off mərhələsi başlayır"Olimpiya" - "Qarabağ" HEYƏTLƏRUEFA Çempionlar Liqası: Pley-off mərhələsinin ikinci oyun günüSərdar Azmun Romada?Misli Premyer Liqasında 4-cü tur oyunlarının hakimləri"Mançester Siti"dən Səudiyyə ƏrəbistanınaAnçelotti transferlər barədə danışdı UEFA Çempionlar Liqası: Qrupun bir addımlığında "Milan" heyətini gücləndiribRonaldo Çempionlar Liqasının qrup mərhələsində!"Sumqayıt" heyətini əcnəbi futbolçu ilə gücləndirdi“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılır"Olimpiya" ilə qarşılaşma öncəsi "Qarabağ"da növbəti itki Türkiyə çempionatında 2-ci tura yekun vurulub"Qarabağ" səfər proqramını açıqladı Qurban Qurbanov: “Özünə bildirilib ki, komanda tapsa buraxacağıq.”Qara Qarayev: "Bəlkə də, iki ildən sonra futbol sahəsində olmadım..." MÜSAHİBƏMahir Əmrəli: "Həyatda etdiyim heç nəyə görə peşman deyiləm."Harri Keyn debüt matçında ilklə yadda qaldı "Qarabağ" HJK qarşısında irəli keçir - YENİLƏNİR"Atletiko"nun ulduz futbolçusu "Barselona"da?"Fənərbaxça"da növbəti ayrılıq"Neftçi" və "Beşiktaş" klubları arasında əməkdaşlıq haqqında müqavilə imzalandıHİK-"Qarabağ" oyunu: HEYƏTLƏR"Beşiktaş" "Neftçi" ilə qarşılaşmalar üçün iştirak ərizəsini açıqladı “Qarabağ”- HİK matçının biletləri satışa çıxarılır"Jelezniçar"ın baş məşqçisi "Neftçi"yə məğlubiyyəti şərh etdi"Beşiktaş" - "Neftçi" oyununun hakimləri açıqlanıb.UEFA-dan Azərbaycan klubları üçün gözlənilməz qərar"Qarabağ"ın vacib qarşılaşmasına indiyə qədər satılan bilet sayıMilli Komanda 6 illik fasilədən yenidən Tofiq Bəhramovda"Neftçi"ni Bakıda dəstəkləmək istəyən azarkeşlərin diqqətinə"Fənər"dən böyük transfer"Çelsi"dən yeni transfer"Leypsiq"dən ən bahalı trasnferVidalın yeni klubu"Real"ın ulduzu məhkəmə qarşısında"Fənərbaxça"dan getdi"Komandamda psixoloji yorğunluq həddindən artıq çox idi" - Qurban Qurbanov"Fənərbaxça" hücumçu aldı"Barselona"da yeni kapitan"Kəpəz" onunla müqaviləni uzatdıTofiq Musayevlə Vüqar Kərəmovun növbəti rəqibləri bəlli olduKabalyero məşqçiliyə başladıDaha 1 il "Səbail"də“Neftçi”dən təklif almışam, Azərbaycanda işləmək istəyərəmBelarus klubları Bakıda oynamaq istəyir: AFFA-ya rəsmi müraciət Sərgən Yalçının “Neftçi”nin baş məşqçisi postuna təyinatı baş tutmayacaq"Zirə" bu yayın ilk transferini rəsmiləşdirdiSOCAR-Sərgən Yalçın danışıqlarında fikir ayrılığı təkcə maddi məsələdə olmayıbKonfrans Liqasının püşkü atıldı"Qarabağ"ın avrokubok oyunları Bakı Olimpiya StadionundaUEFA-dan Əliyar Ağayevə yüksək etimad - Açılış ona həvalə olundu33 yaşll futbolçu “Real”da!

“Neftçi”dən təklif almışam, Azərbaycanda işləmək istəyərəm

Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi” baş məşqçi axtarışlarını davam etdirir.

Sergen Yalçınla danışıqları uğursuz nəticələnən Premyer Liqa klubunun adı indi də digər türkiyəli məşqçi Hikmet Karamanla birgə hallanır.

63 yaşlı mütəxəssis məlumatı təsdiqləyib. Hikmet Karaman “Neftçi” ilə ilkin danışıqların olduğunu etiraf edib.

- Adınız “Neftçi”nin baş məşqçisi postuna namizədlər arasında göstərilib. Həqiqətən də, belə bir variant var?

- Bəli, “Neftçi”dən təklif almışam. Dünən ilkin danışığımız oldu. Mən də razılıq verdim. Ancaq detallı şəkildə danışmaq üçün hələ tezdir. Çünki danışığımız yeni baş tutub.

- “Neftçi”dən konkret olaraq kim sizinlə əlaqə saxlayıb?

- Adını deməyim doğru olmaz. Amma mənə klubdan bir nəfər zəng vurdu, fikrimi soruşdu. Hətta bir neçə sənəd göndərdilər, qol çəkib, geri yolladım.

- Yəni sizi Bakı klubunun növbəti baş məşqçisi hesab etmək olar?

- Bunun üçün hələ tələsməyək. Çünki bu gün klubda iclas olacaq, məsələ müzakirə ediləcək. Ondan sonra fikirlərini bildirəcəklər. Yəqin ki, axşam saatlarında məsələ konkretləşər.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə məlumatınız varmı?

- Əlbəttə ki, var. Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununu (1:4) tribunadan izləyən yeganə türkiyəli məşqçi idim. Həmin vaxt azərbaycanlı nümayəndələrlə görüşüb söhbətləşmişdik. İstər Azərbaycan millisindən, istərsə də Premyer Liqasından məlumatlıyam. Məsələn, “Qarabağ” uzun müddətdir Qurban Qurbanovun rəhbərliyi altında uğurlu çıxış edir. Bunu “Neftçi” də bacarar.

- “Neftçi”yə gəlsəniz, “Qarabağ”la rəqabət aparmaq çətin olmayacaq?

- “Neftçi” Azərbaycanın ən köklü, titullu klublarından biridir. Təbii ki, orada işləmək istəyərəm. Həm də Azərbaycan bizə qardaş ölkədir, bir çox sahələrdə inkişaf edib, dünyada adından söz etdirib. Bunu futbolda da həyata keçirmək üçün güclü məşqçilərə ehtiyac var. Əgər “Neftçi”yə gəlişim reallaşarsa, yerli gənc futbolçuların inkişafı üçün əlimdən gələni edəcəyəm. Ölkə futbolunu daha da yuxarılara daşımaqdan ötrü bu, vacib amildir. Mən də Azərbaycan futboluna hər cür köməkliyi etməyə çalışaram.

Mənbə: "Report".