Sərgən Yalçının “Neftçi”nin baş məşqçisi postuna təyinatı reallaşmayıb. İnfoSport.az Türkiyə mətbuatına istinad edərək xəbər verir ki, buna səbəb tərəflərin maliyyə məsələsində ortaq məxrəcə gələ bilməməsi olub.
Hazırda Bakıda olan 51 yaşlı mütəxəssis “ağ-qaralar”ın rəhbərliyi ilə görüşündə astronomik məbləğdə pul tələb edib. Belə ki, o, köməkçiləri ilə birlikdə illik 4 milyon avro verilməsini istəyib.
Ancaq bu, “Neftçi” rəhbərliyini qane etməyib. Danışıq uğursuz yekunlaşsa da, Bakı təmsilçisi onun üzünə qapını tam bağlamayıb. Rəhbərlik türkiyəli çalışdırıcının istədiyi məvacibdə endirimə getməsinə çalışacaq.
Qeyd edək ki, “Neftçi” bu gün baş məşqçisi Laurentisu Regekampfla yollarını ayırıb.