“Zirə” yeni mövsüm öncəsi ilk transferini edib.
İnfoSport.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail”də oynayıb. Onun bunadək son klubu “Qəbələ” olub.