Türkiyə mətbuatı Sərgən Yalçının "Neftçi" ilə danışıqlarına dair yeni məlumatlar yayıb.
Qeyd edilib ki, tərəflər təkcə maddi yox, başqa məsələlərdə də razılığa gələ bilməyiblər.
İnfoSport.az xatırladır ki, 50 yaşlı mütəxəssis paytaxt klubunun baş məşqçisi vəzifəsinə əsas namizəd olub. Dünən o, Bakıda "Neftçi"nin Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb. Görüşdən sonra S.Yalçın İstanbula qayıdıb. Səfərdə onu müşayiət edən köməkçisi Murat Şahin sosial media hesabında paylaşım edərək görüşə görə Rövşən Nəcəfə təşəkkür edib.
Sergen Yalçın Bakıdan qayıdarkən
Dünən yayılan xəbərə görə, S.Yalçın bir mövsüm üçün qarşı 2 milyon dollar tələb edib. SOCAR-dan isə ona 1,5 milyon dollar verməyə hazır olduqları bildirilib. Dünənki görüşdə tərəflər razılığa gələ bilməyiblər. Türkiyə mətbuatı görüşün nəticəsiz başa çatdığını qeyd edib. Amma eyni zamanda S.Yalçının düşünmək üçün vaxt götürdüyü və "Neftçi"yə yekun cavab vermədiyi də qeyd olunub
Bu gün "Sabah" qəzeti də danışlarda yekun razılıq əldə olunmadığını yazıb. Qəzet bildirir ki, tərəflər təkcə maddi yox, digər məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Qeyd edilib ki, Avropa kubokları və liqadakı hədəflərlə bağlı da tərəflər arasında fikir ayrılığı olub. Qəzetin bununla bağlı detalları yazmayıb.