UEFA FİFA referisi Əliyar Ağayevə yüksək etimad göstərib.
İnfoSport.Az xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar. Məlumatı AFFA rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.
İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.