“Sevilya”nın futbolçusu Qonsali Montyel klubunu dəyişib.
İnfoSport.Az saytı xəbər verir ki, argentinalı futbolçu icarə əsasında “Nottinqem Forest”ə keçib.26 yaşlı müdafiəçi 2023/2024 mövsümündə “meşəbəyi”lərin şərəfini qoruyacaq.
Qeyd edək ki, Montyel son mövsüm ərzində 43 oyunda iştirak edib, 1 qol və 3 assistlə fərqlənib.