Anhel di Mariya klub seçimində qəlbinin səsinə qulaq asdığını bildirib. Argentinalı xeyli təklifinin olmasına rəğmən, məhz “Benfika”ya getməsini kluba sevgisi ilə əlaqələndirib.
İnfoSport.Az saytı xəbər verir ki, PSJ-dən ayrıldıqdan sonra bir il oynadığı “Yuventus”a vida edən futbolçunun xeyli variantı var idi. Yayda onu həm MLS, həm də ərəb klubları istəyirdi. Lakin o, məhz Lissabona yollandı: “Səudiyyə Ərəbistanından bir neçə telefon almışdım. Maliyyə şərtləri inanılmaz dərəcədə sərfəli idi. Mən isə qəlbimin səsinə qulaq asdım. “Benfika”ya qayıtmaq istəyirdim”.
Xatırladaq ki, di Mariyanın Avropadakı ilk klubu məhz “Benfika” olub. O, Portuqaliyada parladıqdan sonra qitənin aparıcı klublarına yollanmışdı.