“Mançester Yunayted”in müdafiəçisi Brendon Uilyamsı icarəyə verib.
İnfoSport.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi 2023/2024 mövsümün icarə əsasında Çempionşip təmsilçisi “İpsviç"də keçirəcək. İcarə 2023/24 mövsümü üçün nəzərdə tutulub.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, "İpsviç" futbolçunu icarə müddəti bitdikdən sonra almaq hüququna malikdir.
Uilyams “Mançester Yunayted”in yetirməsidir. O, “qırmızı şeytanlar”ın əsas komandasında 51 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.