AFFA İntizam Komitəsi “Sabah”ın baş məşqçisi Murad Musayevlə bağlı qərarı açıqlayıb.
İnfoSport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 3-cü turunda "Neftçi"yə qarşı matçda oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qeyd edək ki, Misli Premyer Liqasının III turunda keçirilən “Sabah” – “Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb.