"Mançester Siti"nin müdafiəçisi Emerik Laport yaxın vaxtlarda klubu tərk edəcəyini açıqlayıb.
İnfoSport.Az saytı xəbər verir ki, bu barədə 29 yaşlı ispaniyalı futbolçu "şəhərlilər"ə vida mesajında məlumat verib: "Hörmətli "Mançester Siti"lilər. Bu gün sizinlə bir hekayəni bölüşmək istədim.. Bu, unudulmaz beş il yarım davam etdi. Hər zaman ürəyimdə saxlayacağam çoxlu xatirələr oldu".
Qeyd edək ki, ispan müdafiəçi 2018-ci ildən “Mançester Siti”də çıxış edir. Bütün turnirlərdə 180 oyuna çıxıb, 12 qol vurub və 4 qolun ötürməsini verib.
Xatırladaq ki, E. Laportun Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda karyerasını davam etdirəcəyi gözlənilir.