"Milan" heyətinə yeni futbolçu qatıb.
İnfoSport.Az saytı xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. A seriyası təmsilçisi "Platense"dən Marko Pelleqrinonu transfer edib. Müdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. 21 yaşlı yarımmüdafiəçi komandada 31 nömrəli formanı geyinib.
Qeyd edək ki, Pelleqrino bu ildən "Platense"də oynayırdı. O, komanda üçün 17 matçda 1 qol vurub.