"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" ilə Sloveniyadakı matçöncəsi heyətlə bağlı ciddi itkiylə üzləşib.
İnfoSport.Az saytının əldə etdiyi məlumata əsasən təcrübəli mərkəz müdafiəçisi Bədavi Hüseynov avqustun 24-də keçiriləcək ilk oyunu buraxmalı olacaq.
Belə ki, Misli Pemyer Liqasının son turunda "Araz-Naxçıvan"la ev matçında ayağında ağrlar hiss edərək fasilədə əvəzlənən Bədavi müayinə olunub. Məlum olub ki, 32 yaşlı futbolçunun aldığı zədə yüngül deyil. Klubdan mediaya verilən məlumata görə, Hüsdeynovun Sloveniyada meydana çıxması ciddi şəkildə sual altındadı.
Onun yerinə isə digər stopper Bəhlul Mustafazdə zədəsini sağaldaraq tam sıraya dönüb. O, dünən komandayla birgə məşq edib və qarşıdakı matça tam olaraq hazırdı.
Xatırladaq ki, Bəhlul III təsnifat mərhələsində HİK-lə Finlandiyadakı matçda barmağından aldığı zədəyə görə fasilədə məhz Bədaviylə əvəzlənmişdi. Mustafazadə son turdakı matçda sifariş olunmamışdı.