Türkiyə Super Liqasında 2-ci tura yekun vurulub.
İnfoSport.Az saytı xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Ankaragücü” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. “Samsunspor”un qonağı olan “Fənərbaxça” isə növbəti qələbəsini rəsmiləşdirib.
Hazırda “Fənərbaxça” 6 xalla vahid liderdir. “Hatayspor”, “Sivasspor”, “Alanyaspor”, “Qalatasaray”, “Adana Dəmirspor”, “Kasımpaşa” və “Beşiktaş” isə 4 xal toplayıblar.
Türkiyə, Super Liqa
2-ci tur
18 avqust
Antalyaspor – Konyaspor 1:1
Qollar: G.Vural, 87 – Çikalleşi, 60.
İstanbulspor – Kayserispor 1:1
Qollar: İ.Yılmaz, 81 – Tiam, 77.
19 avqust
Rizəspor – Alanyaspor 0:0
Hataspor – Kasımpaşa 0:0
Qalatasaray – Trabzonspor 2:0
Qollar: İkardi, 23; 90+2.
20 avqust
Başakşəhər – Fatih Karagümrük 0:2
Qol: Mendes, 6. A.Uğur, 30.
Beşiktaş – Pendikspor 1:1
Qollar: Kolli, 12 – Romero, 90+4-pen.
Qaziantep – Sivasspor 1:3
Qollar: F.Soyalp 50 – Says, 12. C.Osmanpaşa 44. Q.Rodriqes, 84.
21 avqust
Ankaragücü – Adana Dəmirspor 1:1
Qollar: E.Bekiroğlu, 42 – Nianq, 26-pen.
Samsunspor – Fənərbaxça 0:2
Qollar: Dzeko, 62. Şimanski, 90+8.