UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpiya" klubunun qonağı olacaq “Qarabağ” FK avqustun 23-ü saat 11:00-da Sloveniyaya yollanacaq.
İnfoSport.Az saytının məlumatına görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun avqustun 23-ü yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 21:15) mətbuat konfransı başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqi isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.