İnfoSport.Az saytı xəbər verir ki, millimizin hücumçusu Mahir Əmrəli Türkiyə mətbuatına açıqlamalar verib.
İyunda müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun düşərgəsinə qayıdan forvard "Konyaspor"dakı çıxışını dəyərləndirib.
Fevral-may ayları aralığında Super Liqada icarə əsasında forma geyinən həmyerlimiz deyib ki, Türkiyədə daha yaxşısını etmək olardı:
"Komanda uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim. Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Superliqa həqiqətən güclü və rəqabətlidir.
Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı.
Ümumiyyətlə, həyatımda etdiyim heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir".