“Atletiko”nun hücumçusu Joao Feliks “Barselona”ya keçməyə yaxındır.
İnfoSport.Az saytı xəbər verir ki, transfer geri qaytarılma imkanı ilə icarə əsasında veriləcək. Hər iki komandanın rəhbərliyi müqavilənin detalları ilə bağlı razılığa gəlib.
Daha öncə Ansu Fati ilə portuqaliyalı oyunçunun dəyişdirilməsi gündəmdə olsa da, Madrid təmsilçisi bununla razılaşmadı. Ancaq Kataloniya klubu daha sonra bəlli bir məbləğ qarşılığında Feliksi heyətinə qatmağa yaxındır.
Ulduz futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib.
"Atletiko"nun ulduz futbolçusu "Barselona"da?
